Elmi aparat

elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.).
Elmi ad
Elmi cəmiyyətlər
OBASTAN VİKİ
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Aparat
Aparat (lat. apparatur – avadanlıq) 1)cihaz, texniki qurğu, alət, tərtibat; 2)idarə orqanlarının məcmusu; 3)hər hansı təşkilatın və ya birliyin işçilərinin hamısı – bütün işçiləri: idarə, müəssisə və ya təşkilatın ifrat tərkibi; 4)tədqiqat üzrə əlavə məlumat; 5)hər hansı bir idarəetmə və yaxud təsərrüfat sahəsinə xidmət edən bir və ya bir neçə müəssisə; 6)müəssisənin ştat tərkibi; 7)elmi əsərə, seçilmiş əsərlərə əlavə edilən qeydlər, göstəricilər və digər köməkçi məlumatlar; 8)tədqiqat üsulu, metodu; 9)idarə və ya təsərrüfatın müəyyən sahəsində xidmət edən müəssisələrin məcmusu; Məsələn, dövlət aparatı, bir idarənin və ya təşkilatın bütün işçiləri, ştatı. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Aparat funksiyası
Aparat kəsilməsi
Aparat kəsilməsi (ing. Hardware interrupt) – “diqqət yetirilməsi haqqında xahiş”; kompüterin aparat vasitələri və ya proqram təminatı tərəfindən mikroprosessor üçün hazırlanıb verilən siqnal. Bəzən tələ (TRAP) də adlandırılan kəsilmə mikroprosessoru məcbur edir ki, yerinə yetirilən əməliyyatı durdursun, özünün cari durumunu yadda saxlasın və idarəetməni xüsusi prosedura – xüsusi komandalar yığınını yerinə yetirən kəsilmələr emalçısına (INTERRUPT HANDLER) versin. Kəsilmələrə çoxlu səbəblər ola bilər: bunlar qurğuların xidmət üçün sorğusu, verilənlərin emalındakı xətalar, mümkün olmayan əməllərin yerinə yetirilməsinə cəhd və (nadir hallarda) yaddaşla bağlı yaranan problemlər və ya sistemin bəzi çox vacib komponentlərinin sıradançıxma təhlükələri ola bilər. Mikroprosessor bir çox mənbədən kəsilmə haqqında sorğu aldıqda onların emal olunma ardıcıllığı “çözmə” səviyyələrinin iyerarxiyasına görə müəyyən olunur. Proqram kəsilmə mexanizmindən istifadə etməklə əməliyyat sisteminin funksiyalarına, məsələn, faylların açılması, oxunması və qapadılması funksiyalarına müraciət edə bilər. Digər tərəfdən, kəsilmə, mikroprosessor ilə kompüter sistemini əmələ gətirən başqa elementlər arasında rabitə vasitəsidir. Əgər daimi kəsilmə sorğuları axını hər hansı kritik vəzəyyətdə işi çətinləşdirir və ya əngəlləyirsə, onda proqram kəsilməni müvəqqəti olaraq bloklaya bilər ki, nəticədə lazım olan zaman müddətində mikroprosessor üzərində vahid nəzarətə nail ola bilsin. Aparat kəsilməsi ya klaviatura, disksürən və giriş-çıxış portları kimi xarici qurğular, ya da “daxildən” – mikroprosessor tərəfindən generasiya olunan kəsilmə növü. Qurğular xarici aparat kəsilmələri vasitəsilə kompüterin mikroprosessorunu onlara diqqət yetirməyə “çağırırlar”.
Aparat təchizatı
Aparat təchizatı, aparat fondları, kompüter komponentləri , «dəmir», (ing. hardware) — proqram və məlumatlar istisna olmaqla bir sistemin və ya şəbəkənin bir hissəsi olan bir hesablama cihazının elektron və mexaniki hissələri (hesablama sisteminin saxladığı və işlədiyi məlumatlar). Təchizata aşağıdakılar daxildir: kompüterlər və məntiq cihazları, xarici cihazlar və diaqnostik avadanlıqlar, enerji avadanlığı, batareyalar və akkumulyatorlar. Donanım kompüterin konfiqurasiyasını təşkil edən cihazlara aiddir. Daxili və xarici cihazları ayırd edin. Fərdi qovşaqlar və bloklar arasında danışıqlar aparat interfeysləri deyilən donanım məntiqi cihazları istifadə edilərək aparılır; hardware interfeysləri üçün standartlara protokol deyilir. Fərdi kompüter, konfiqurasiyası lazım olduqda dəyişdirilə bilən universal bir texniki sistemdir. == Kompüter == Kompüter texnikası kompüter və kompüter şəbəkələrinin işlədiyi avadanlıq üçün ümumi bir addır. Təchizata ümumiyyətlə aşağıdakılar daxildir: mərkəzi emal vahidi ram sistem məntiqi ətraf mühit şəbəkə avadanlığı Donanım tərəfindən yerinə yetirilən bəzi vəzifələr qismən və ya tamamilə proqram emulyasiyasından istifadə etməklə həyata keçirilə bilər, məsələn, fərdi kompüterlərdə, modem rabitə protokollarının proqram təminatı, 3 ölçülü görüntü göstərmə funksiyalarının proqram emulyasiyası tez-tez istifadə olunur. Adətən yerinə yetiriləcək bir tapşırığın aparatdan proqrama köçürülməsi aparatın qiymətini azaldır, lakin mərkəzi prosessora yükü artırır.
Riyazi aparat
Riyazi modelləşdirmə — reallığın fəlsəfi yanaşma ilə riyazi üsullarla təsviridir. Riyazi modelləşdirmə eyni zamanda reallığın riyazı çərçivədə qurulması və öyrənilməsidir. Riyazi model, adətən, tənliklərdən və ya tənliklər sistemindən ibarət olur və real sistemə aid olan fərziyyə və yaxud təklifləri kəmiyyətcə təsvir edir. Model işlənərkən qəbul olunan fərziyyənin düzgünlüyü real sistemdə aparılan ölçmələrin nəticələri ilə yoxlanıla bilər. Riyazi modelləşdirmədə sistemli təhlil metodologiyasında geniş istifadə edilir. Bu metodologiya texniki, iqtisadi, bioloji və s. növlü mürəkkəb obyektlərin tədqiqi üçün işlənib, təhlil və sintez üsullarının birgə xassələrindən ibarətdir, blok – sxem prinsipindən istifadə edilir. Bütün təbiət və humanitar elmlər obyektin öyrənilməsində riyazi aparat metodundan istifadə etməklə, faktiki olaraq riyazi modelləşdirmə ilə məşğuldurlar: real obyekti riyazi modellə əvəz edir və onu tədqiq edirlər. Riyazi modellərin işlənib hazırlanması və alınan qiymətin təhlili istiqamətində aşağıdakı əsas mərhələləri qeyd etmək olar: Məqsədin qoyuluşu Modelin mürəkkəblilik səviyyəsinin təyini Modelin alqoritminin planlaşdırılması Modelin parametrinin identifikasiyası Modelin adekvatlığının yoxlanılması Modelin sınağı Modelin həssaslığının təhlili Məqsədin qoyuluşu. Riyazi modelin işlənməsini qarşıya qoyulan məqsədin təyin olunmasından və həll ediləcək məsələlərin təhlilindən başlamaq lazımdır.
Vestibulyar aparat
Vestibulyar aparat (lat. vestibulum) — insanlarda və heyvanlarda başın və bədənin vəziyyətinin dəyişməsinə əsasən müvazinəti bərpa edən orqan, daxili qulağın labirintində yerləşir. Daxili qulağın labirintində ilbizdən başqa iki balaca torbacıq- girdə və oval torbacıq, habelə bir-birinə perpendikulyar müstəvidə yerləşmiş üç yarımdairəvi kanal vardır. Torbacıqlar yarımdairəvi kanallar ilə birlikdə müvazinət üzvü olan vestibulyar aparatı əmələ gətirir. Bu aparatın torbacıqları divarında çoxlu miqdarda reseptor hüceyrələr yerləşir ki, bunların da hər birinin ucunda həssas tükcük olur. Həmçinin, burada çox xırda əhəngli törəmələr (otolitlər) də vardır.Bədənimiz adi vəziyyətdə olduqda həmin xırda əhəngli törəmələr təzyiq edərək altdakı hüceyrələrin tükcüklərini qıcıqlandırır. Lakin bədənimizin vəziyyəti dəyişdikdə başqa hüceyrələr qıcıqlanmağa başlayır və bunlardan gələn oyanma beyin yarımkürələri qabığının müvafiq nahiyyələrinə ötürülür. Yarımdairəvi kanalların enli ağzında yerləşən həssas hüceyrələrin reseptorları həmin kanalların içərisindəki mayenin təzyiqindən qıcıqlanır. Yarımdairəvi kanallar bir-birinə perpendikulyar yerləşdiyindən bədənimizin vəziyyəti dəyişdikdə həmin kanallardakı maye bu və ya digər reseptorları qıcıqlandırır. Müvafiq hüceyrələrdə əmələ gələn oyanma bədənimizin qeyri-adi vəziyyət alması haqqında xəbərləri beyinin müvafiq nahiyyəsinə aparır.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Filay (kosmik aparat)
Fila (ing. Philae lander) — kometə endirilmək üçün nəzərdə tutulan aparat. Aparat Avropa Kosmik Agentliyi tərəfindən işlənib hazırlanmışdır. Fila "Rozetta" kosmik aparatında yerləşdirilmiş və 67P/Churyumov–Gerasimenko kometinin tədqiq edilməsi məqsədilə 2 mart 2004-cü ildə kosmosa buraxılmışdır. == Eniş == "Fila"nın və "Rozetta"dan ayrılması 12 noyabr 2014-cü il, saat 09:35-də UTC baş verdi. Bundan sonra 7 saatlıq kometin səthinə enmə başladı. Enmə planlaşdırılmamış rejimdə oldu. 15:34-dən UTC 17:32-ə qədər UTC üç toxunma və onların arasında iki sırayış ilə baş verdi. Yerə bu haqda siqnal yarım saata çatdı. Bu tarixdə ilk kometə enmə hadisəsidir.
Pilotsuz uçan aparat
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Zond (kosmik aparat)
Zond — avtomatlaşdırılmış pilotsuz qurğu olub, uzaq məsafədən kosmosda hər hansı bir tədqiqatın aparılması və ya texniki bir yeniliyin yoxlanması üçün tətbiq olunur. Zondlar 1960-cı illərdə SSRİ-də yaradılıb bir neçə sırada tətbiq olunmuşdur. Zond 1-3 öz başlanğıcını Mars və Venera üçün nəzərdə tutulan kosmik layihədən götürmüşdür. Zond 4-8 isə Aya pilotlu uçuş üçün istifadə olunmuşduir.
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. == Haqqında == Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuşdur. Elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır. İntibah dövründəki Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan "Göy kürələrinin hərəkətləri üzərinə" adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan "De humani corporis fabrica" elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. == İstinadlar == == Həmçinin bax == Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Elmi jurnalistika
Elmi kommunikasiya
Elmi kommunikasiya – alim və mütəxəssislərin arasında elmi informasiya mübadiləsi; elmi kommunikasiya şərti olaraq formal (elmi və texniki sənədlərin nəşri və yayılması) və qeyri-formal (alim və mütəxəssislərin şəxsi əlaqələri, elmi konfranslarda, simpoziumlarda, konqreslərdə və digər elmi tədbirlərdə görüşləri və s.) kommunikasiyaya bölünür. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi konfrans
Elmi konfrans — böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağı. Elmi konqres – müəyyən elmi problemi müzakirə etmək məqsədilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağı. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi metod
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi. Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Elmi məktəb
Elmi məktəb — formalaşmış elmi baxışlar sistemi, həmçinin bu baxışları müdafiə edən elmi cəmiyyətlər. Elmi məktəblərin bir qayda olaraq yaradıcıları və davamçıları var. Məktəb daxilində bir qayda olaraq müxtəlif cərəyanlar və özünəməxsus qruplar olur, bu isə yeni məktəblərin əsasını qoya bilir. Elmi məktəblər həm qeyri-formal şəkildə, həm də ali məktəblərin kafedralarında, alim kollektivlərində yarana bilər. Elmi cəmiyyətlər – elmi tədqiqatla məşğul olan mütəxəssislərin, hər hansı elm sahəsi ilə maraqlananların könüllü cəmiyyətləri. Əsas fəaliyyəti elmi əsərlərin müzakirəsi və nəşrindən, elmi tədqiqatlar üçün vəsait buraxmaqdan və s. ibarətdir. == Mənbə == БИБЛИОГРАФИЯ ПО ПРОБЛЕМАМ НАУЧНЫХ ШКОЛ В РОССИИ == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi məqalə
== Esse == Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. == Elmi məqalə == Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. == Jurnalistikada == Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.